Tehranda hava limanları fəaliyyətini bərpa etdi

Tehranda hava limanları fəaliyyətini bərpa etdi

İranın paytaxtı Tehranın İmam Xomeyni və Mehrabad hava limanları beynəlxalq və daxili reyslər üçün xidmətini bərpa edib.

AzerTimes xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, iki hava limanının fəaliyyəti normallaşdığı üçün ertələnmiş reyslərin sərnişinləri biletləri başqa tarixlərə dəyişdirə biləcəklər.

Xatırladaq ki, İranın İsrailə raket və dron hücumu fonunda ölkədəki bir sıra hava limanları müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.

Teqlər: