Tehranda bina partladı: ölən və yaralananlar var

Tehranda bina partladı: ölən və yaralananlar var

Tehranda köhnə iki mərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Tehran Yanğın və Təhlükəsizlik Xidmətinin sözçüsü Seyid Cəlal Maliki məlumat yayıb.

O bildirib ki, partlayış köhnə ikimərtəbəli yaşayış binasında olub və ev və ona bitişik yaşayış binasının bir hissəsi dağılıb, nəticədə 9 nəfər yaralanıb, bir nəfər ölüb.

Malikinin sözlərinə görə, hadisə günorta saatlarında, Tehran bazarının cənub hissəsində, Rey küçəsində baş verib.

Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam etdirilir.

Teqlər: