Tehranda azərbaycanlı fəallara həbs cəzası verildi

Tehranda azərbaycanlı fəallara həbs cəzası verildi

Tehran şəhərinin Apellyasiya Məhkəməsi Azərbaycan əslli ictimai fəal Əhməd Xanbeygi və həyat yoldaşı Lalə Zari barədə ibtidai məhkəmənin həbs qərarını təsdiq edib.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Əhməd Xanbeygi və həyat yoldaşı “hakimiyyətə qarşı təbliğat” və “daxili təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq”da günahlandırılaraq, hər biri 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, azərbaycanlı cütlük sentyabrın 18-də Tehrandakı şəxsi mənzillərində həbs edilib, 7 gün təhlükəsizlik təcridxanasında dindirildikdən sonra Evin həbsxanasına köçürülüblər.

Teqlər: