Tehran rejimi Sistan və Bəlucistana ordu yeridir

Tehran rejimi Sistan və Bəlucistana ordu yeridir

İranda etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətinə SEPAH və xüsusi təyinatlı qüvvələr, zirehli texnikalar göndərilir.

AzerTimes xəbər verir ki, bu barədə xarici media və yerli sosial media istifadəçiləri məlumat paylaşıblar.

Bölgəyə texnika və canlı qüvvə yeridilməsi ötən ilin sentyabr ayının 30-da Zahidan şəhərində baş verən və “Qanlı cümə” kimi tanınan etirazçı bəlucların öldürülməsinin ildönümü ilə əlaqəlidir.

Qeyd edək ki, 30 sentyabr 2022-ci ildə bəluclar polis komandirinin 15 yaşlı qıza təcavüz etməsinə və cəzasız qalmasına görə etiraz aksiyası keçiriblər. Hökumət məmurlarının atəşi nəticəsində 13-ü uşaq olmaqla, 103 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Teqlər: