Tehran metrosunda qatarlar toqquşub, yaralılar var

Xəbər - Elnur Bağışov – Trend:

Bu gün səhər saatlarında İranın paytaxtı Tehranda metro qəzası olub.

AzerTimes-ın məlumatına görə, Kərəc-Qolşəhr stansiyasından Sadiqiyyə stansiyasına hərəkət edən sürətli metro qatarı Çitgər stansiyasında başqa bir qatarla toqquşub.

İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledinin sözlərinə görə, hadisə nəticəsində 10 nəfər yaralanıb, yaralılardan birinin vəziyyəti ağırdır:


“Hadisə yerinə təcili yardım maşınları cəlb olunub. İndiyədək ölüm halı qeydə alınmayıb”, – deyə o bildirib.

Faktla bağlı araşdırma aparılır.