Rus əsgərlərinin cəbhədə əhval-ruhiyyələri olduqca pisdir. Onlar heç bir təhlükəsizliyin olmadığını bilirlər.
AzerTimes xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Xarkovdakı sürətli hücum əməliyyatı, Limanın və Luqansk vilayətinin bir neçə yaşayış məntəqəsinin azad edilməsindən sonra rusların vəziyyəti olduqca pisləşib. Onlar ruhdan düşüblər”, – Qayday bildirib.