Rusiya sənayesi raket istehsalını çatdıra bilmir – Kəşfiyyat

Rusiya sənayesi raket istehsalını çatdıra bilmir – Kəşfiyyat

Rusiyanın müdafiə sənayesi raket istehsalını çatdıra bilmir.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.

“Oktyabrın 10-da Rusiya Ukraynaya 80-dən çox qanadlı raket atdı. Ukrayna Müdafiə Nazirliyi mərmilərin yarısından çoxunun vurulduğunu bildirdi. Rusiyanın müdafiə sənayesi Ukraynaya zərbələr endirmək üçün atılan raketlərin sayını kompensasiya etmək iqtidarında deyil. Bu da onların ehtiyatlarının azalmasına və gələcəkdə konkret hədəfləri vurmaq imkanlarının məhdudlaşmasına gətirib çıxaracaq”, – hesabatda qeyd olunub.

Teqlər: