Xəbər - Humay Ağacanova – Trend:
Təəssüf ki, bəzi həkimlərimizin verdiyi məlumatlar həqiqəti əks etdirmir.
Trend-in məlumatına görə bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, “delta” ştammının aşkar olunması, yayılması, dominant olması barədə ötən brifinqdə elan verilib.
“Xüsusən, qeyd etdik ki, artıq ölkədə yayılan virus növü məhz “delta” növüdür. “Delta” ştammının aşkarlana bilinməməsi haqqında deyilənlər yalan məlumatdır. Ölkəmizdə bu ştamm aşkar edilə bilir. O ki qaldı uşaqlar arasında yayılan xəstəliyə, mövsümi olaraq payız-qış mövsümündə yüksək qızdırma, boğazağrısı simptomları ilə respirator xəstəliklər hər zaman olub”, – deyə o bildirib.