Buster dozadan sonra vaksin sertifikatları müddətsiz olacaq – Şahmar Mövsümov

Fevralın 15-dən etibarən buster dozadan sonra vaksin sertifikatları müddətsiz olacaq.

AzerTimes-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.


“Fevralın 15-dən sonra vaksin sertifikatının müddəti 6 ay olacaq, 6 ay keçdikdən sonra sertifikatın müddəti bitmiş olur. Bu zaman həmin şəxslər buster (üçüncü doza) qəbul etdikdən sonra isə həmin sertifikatı müddətsiz olacaq. Ola bilsin ki, gələcəkdə buster dozadan sonra da məhdudiyyət tətbiq edilsin. Amma hazırda buster dozadan sonra vaksin sertifikatı müddətsizdir”, – deyə Ş.Mövsumov qeyd edib.

Teqlər: