Təbrizlilər divarlara yazdı: “Milli Hökumət”

Təbrizlilər divarlara yazdı: “Milli Hökumət”

İyunun 20-i axşam saatlarında Təbrizdə bir qrup güneyli milli mədəni fəal Azərbaycan türklərinin əsas şüarları olan “Azadlıq, ədalət, milli hökumət” şüarı və azərbaycanlı siyasi məhbusların şəkillərinin yer aldığı posterlər hazırlayıb, şəhərin divarlarına yapışdırmaqla onlara azadlıq tələb ediblər.

AzerTimes xəbər verir ki, 8 güneyli siyasi məhbusun şəkillərinin əks olunduğu posterlərdə “Güney Azərbaycanın siyasi məhbuslarına azadlıq” şüarı və “Azadlıq, ədalət, milli hökumət” sözləri yazılıb.

Teqlər: