Belarus öz qazdığı quyuya düşdü: ödəyə bilmir

Belarus öz qazdığı quyuya düşdü: ödəyə bilmir

Belarus rus rublunun süni şəkildə bahalaşması səbəbindən Rusiyaya qaz ödənişlərini gecikdirir. Minsk üçün qiymətlər çox yüksəkdir.

AzerTimes xəbər verir ki, bu barədə “Naşa Neva” nəşri məlumat yayıb.

“Qazprom”la olan müqaviləyə görə, Belarus qazın hər kubmetrinə 128 dollar ödəməlidir və bu da olduqca sərfəlidir.

“Minsk özü qazdığı quyuya özü düşüb. Siyasi məqsədlər üçün Belarus administrasiyası uzun müddətdir ki, enerji üçün ödənişləri rus rublu ilə həyata keçirməyə çalışırdı. Müharibə başlayan kimi rublla ödənişə keçidlə bağlı qərar verildi. Bu, təkcə Belarus üçün keçərli deyildi, Moskva Avropa Birliyinin qaz şirkətlərindən bunun eynisini tələb edirdi. Buna görə də Rusiya süni şəkildə rublun dollar, avro və Belarus rubluna nisbətdə kursunu qaldırdı”, – nəşr bildirib.

Qeyd edilib ki, hazırda 1 dollar 56 rubl təşkil edir, amma bazarda isə bu 80-120 rubl olardı. Belarus üçün ən məqbul olanı isə 1 dolların 75-80 rubl olmasıdır, necə ki, Rusiya Ukraynaya hücum edənə qədər belə idi:

“Misnk də hazırki kursla ödəniş edə bilmir. “Qazprom”un da siyasəti belədir ki, bir dəfə ödəniş etdinsə, qalanları da birincinin şərtlərilə edilməlidir. Hazırda Minsk ödəniş etmir, rublun zəifləyəcəyinə və ya sövdələşmədə qiymət formulunu dəyişməyə nail olana qədər gözləyir”.

Teqlər: