Təbrizli yazıçının geyimi tənqidlərə səbəb oldu

Təbrizli yazıçının geyimi tənqidlərə səbəb oldu

Təbrizdə keçirilən konfransda iştirak edən təbrizli yazıçı və iş adamı Əli Poladın geyim tərzi radikalların sərt tənqidlərinə səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə hakimiyyət idarələrinə bağlı sosial media kanallarında paylaşımlar edilib.

Azərbaycanlı yazıçı Qərb dəyərləri və mədəniyyətini təbliğ etməkdə günahlandırılıb.

Qeyd edək ki, 1944-cü ildə Təbrizdə anadan olan Əli Polad 1991-ci ildə Azərbaycan iqtisadiyyatına sərmayə qoyan ilk iş adamlarından biri olub.

Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan Əli Polad Azərbaycan, Türkiyə türkcəsində çox sayda kitabın müəllifi və tərcüməçisidir.

Teqlər: