622-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

622-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 622-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 527 təyyarəsi, 254 helikopteri, 8702 PUA-sı, 441 zenit-raket kompleksi, 13 244 tank və digər zirehli texnikası, 1182 reaktiv yaylım atəş sistemi, 7001 artilleriya və minaatanı, 15 064 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: