Təbrizli karateçi qız Bita İxtari 6 hakim tərəfindən ölümcül döyülüb.
AzerTimes xəbər verir ki, bu barədə onun anası məlumat verib.
“Bita tatamiyə çıxan rəfiqəsini alqışladığı üçün hakimlərin etirazları ilə qarşılaşıb. Etiraz etdikdə isə 6 karate hakimi tərəfindən vəhşicəsinə döyülüb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya köçürülüb”,- Bita İxtarinin anası bildirib.
Şərqi Azərbaycan əyalətinin Gənclər və İdman İdarəsinin başçısı Həbib Sütudə faktı təsdiqləyib və bildirib ki, Bita İxtarinin mobil telefon vasitəsilə yarışdan video çəkdiyi üçün döyülüb.