Təbrizli vəkil barədə həbs qərarı çıxarıldı

Təbrizli vəkil barədə həbs qərarı çıxarıldı

Təbrizli vəkil və insan hüquqları müdafiəçisi Negin Kiyaniyə “hökumət əleyhinə təbliğat” ittihamı əsasında hökm çıxarılıb.

AzerTimes xəbər verir ki, hökmə əsasən, təbrizli vəkil 1 il həbs cəzasına məhkum edilməklə yanaşı, onun 2 il ölkədən çıxmasına qadağa qoyulub.

O, Təbriz həbsxanasında saxlanılır.

Xatırladaq ki, Negin Kiyani ilə yanaşı, Sina Yusifi, Əmir Mehdipur və Qasim Bodi adlı azərbaycanlı vəkillər Təbrizdə hökumət məmurları tərəfindən həbs edilən 1700 nəfərin azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını açıqladıqdan bir gün sonra saxlanılıblar.

Teqlər: