Təbrizdə rəsm sərgisi buna görə keçirildi – Karikaturaçı

Təbrizdə rəsm sərgisi buna görə keçirildi – Karikaturaçı

Hər hansı təbii faciə baş verəndə əsasən uşaqlar zərər çəkir. Onlar hadisədən psixoloji travma aldıqları üçün daha çox yardıma ehtiyac duyurlar. Təbrizdə uşaqların rəsm sərgisinin keçirilməsi onlara psixoloji yardım üçün idi.

Bu sözləri AzerTimes-a Təbrizdə Xoy zəlzələsində zərər çəkən uşaqların rəsm sərgisinin təşkilatçılarından olan güneyli karikaturaçı Elnaz Xakzad deyib.

Azərbaycanlı xeyriyyəçilərin zəlzələdən zərər çəkənlərə yardımlar etdiyini deyən karikaturaçı sərginin məqsədindən də söz açıb:

“Xoyda baş verən zəlzələdə zərər çəkən uşaqlara yardım üçün sənətçilər, həkimlər, psixoloqlar və jurnalistlərdən ibarət bir qrupla bölgəyə getdik. Müxtəlif proqram və tədbirlər həyata keçirərək uşaqlara dəstək olmağa, hadisənin psixi ağırlığını azaltmağa çalışdıq. Sərgidə nümayiş etdirilən 131 rəsm əsərinin hamısı Xoy zəlzələsində zərər çəkənlərin öz əsərləridir. Bu əsərləri nümayiş etdirmək onların cəmiyyətimiz üçün nə qədər dəyərli olduqlarını uşaqlara göstərmək idi”.

Qeyd edək ki, martın 1-i Təbrizin “Naci” kinoteatrında “Mən bir günəbaxanam Xoy zəlzələsində” adı altında keçirilən sərgi güneylilər tərəfindən geniş rəğbətlə qarşılanıb.

Teqlər: