Təbrizdə məktəbli qızlar zəhərləndi

Təbrizdə məktəbli qızlar zəhərləndi

Aprelin 4-də Təbrizin Bağmeşə şəhərciyində yerləşən “Həzrəti Məsumə” orta məktəbində 20 qız şagird kimiyəvi qazdan zəhərlənib.

AzerTimes xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat yayıb.

Aprelin 3-də isə Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində onlarla qız şagirdi zəhərlənib.

Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan bu günə kimi İranın 28 əyalətinin 100 şəhərinin 250 məktəbində şagirdlərin zəhərlənməsi qeydə alınıb.

Teqlər: