Təbrizdə məhbuslara dəstək yürüşü keçirildi

Təbrizdə məhbuslara dəstək yürüşü keçirildi

Mayın 31-də Təbrizdə bir qrup milli-mədəni fəal siyasi məhbuslara dəstək məqsədi ilə yürüş edib.

AzerTimes xəbər verir ki, fəallar bu barədə videolar paylaşıblar.

Nümayişçilər yürüşdə həbsdə olan mədəni fəalların fotoları olan köynəklər geyiniblər.

Həmçinin, şəhər divarlarına iki həftə öncə həbs edilən milli fəallar Davud Şiri, Əlirza Səbri, Hüseyn Amani, Məhəmmədrza Amani (Araz) və Cavad Əhmədzadənin adlarını yazaraq, onların sərbəst buraxılmalarını tələb ediblər.

Teqlər: