Təbrizdə istehza: İran İsraildən qorxur, Bakını hədələyir

Təbrizdə istehza: İran İsraildən qorxur, Bakını hədələyir

İran parlamentinin üzvü Calal Rəşidi Kuçinin İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumuna cavab olaraq Azərbaycanı təhdid etməsi Güney azərbaycanlılar tərəfindən qəzəblə qarşılanıb.

AzerTimes xəbər verir ki, bu barədə sosial media şəbəkəsində paylaşımlar edilib.

Təbrizim yerli nəşri “Azərəncümən”in Kuçinin təhdid mesajını dərc etməsindən sonra yüzlərlə yerli sosial media istifadəçisi buna cavab yazıb.

Kuçinin təklifinə “Bu, İranın İsrail qarşısında acizliyini göstərir, İsrailə cavab verə bilməyənlərin Azərbaycanı hədələməsi gülüncdür”, “Azərbaycan Respublikasına hücum Təbrizə hücum deməkdir” və başqa bu kimi cavablar yazılıb.

Qeyd edək ki, İran parlamentinin üzvü İsrailin hücumuna cavab olaraq, bölgə ölkələrində, xüsusən Azərbaycanda İsrailin diplomatik mərkəzinin vurulmasını təklif edib.

Teqlər: