Təbrizdə daha bir tarixi abidə məhv olur

Təbrizdə daha bir tarixi abidə məhv olur

Təbrizin şimal-şərqində yerləşən tarixi Rəb-i Rəşidi abidə kompleksinin qalıqları baxımsızlıq ucbatından tamamilə yox olmaq üzrədir.

AzerTimes xəbər verir ki, bu barədə yerli mədəniyyət xadimləri və sosial media fəalları məlumat yayıblar.

Bildirilib ki, Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatı və ərazi üzrə bələdiyyənin laqeyd münasibəti səbəbindən XIV əsrə aid abidə məhv olub. Adıçəkilən hər iki dövlət qurumuna abidənin qalıqlarının qorunması ilə bağlı müaciətlər cavabsız qalıb.

Xatırladaq ki, bu tarixi abidə XIV yüzillikdə Elxani dövlətinin qüdrətli 3 hökmdarının vəziri olan Fəzlullah Rəşidəddin tərəfindən inşa etdirilib.

Kompleksin daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və tibb mərkəzləri, yaşayış kompleksi, 24 karvansara, yüzlərlə dükan, məscid, bazar, hamam, zərbxana, minlərlə tələbəsi olan tədris müəssisəsi fəaliyyət göstərib.

Teqlər: