Təbrizin bir sıra rayonlarında divarlara hökumətə xəbərdarlıq vərəqələri yapışdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Urmu gölünün təsvirləri, Azərbaycan milli hərəkatı fəallarının həbsdə olması, yoxsulluq, mədənlərin talan edilməsi və ana dili kimi məsələlərin yer aldığı vərəqələrdə Azərbaycan və fars dillərində “Azərbaycan xalqının böyük qiyamı yoldadır” məzmunlu şüarlar yazılıb.