Təbrizdə “Birləşək” aksiyası keçirildi

Təbrizdə “Birləşək” aksiyası keçirildi

Mədəni fəallar yanvarın 8-də Təbrizdə çox sayda poster yayaraq, Azərbaycan dili və mədəniyyətinə qarşı təzyiqlərə etiraz edib və Arazın hər iki tayında olan azərbaycanlıların birliyinə diqqət çəkiblər.

AzerTimes xəbər verir ki, bu barədə fəallar sosial media kanallarında paylaşım ediblər.

Şəhərin bir çox məhəlləsində paylanılan və ictimai yerlərə yapışdırılan posterlərdə “Birləşək” başlığının altında Xudafərin körpüsünün rəsmi və Bəxtiyar Vahabzadənin məşhur şeiri yazılıb:

Ağalar bilmədi birdir bu torpaq

Bakı da, Təbriz də Azərbaycandı,

Bir elin dilini, ruhunu ancaq

Kağızlar üstündə bölmək asandı.

Fəallar bunun həm də son vaxtlar İran mediasının yenidən Azərbaycan Respublikasına qarşı təbliğatının gücləndirilməsi və milli-mədəni fəalların həbs edilməsinə qarşı cavab olduğunu bildiriblər.

Teqlər: