Təbrizdə azərbaycanlı vəkil həbs edildi

Təbrizdə azərbaycanlı vəkil həbs edildi

Təbrizdə azərbaycanlı vəkil Qasım Bodi İranın təhlükəsizlik orqanları tərəfindən həbs olunub.

AzerTimes xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Məhkəmə Hüquqşünasları Assosiasiyası məlumat yayıb.

Məsələ ilə bağlı assosiasiya Şərqi Azərbaycan əyalətinin məhkəmə sisteminə müraciət edib. Müraciətdə həbs edilən azərbaycanlı vəkilin tezliklə azadlığa buraxılması tələb edilib.

Bundan başqa “Vəkillərin yeri zindan deyil” həştəqi ilə Tvitterdə kampaniya başladılıb.

Teqlər: