Təbriz indi də elektrik enerjisi böhranı yaşayır

Təbriz indi də elektrik enerjisi böhranı yaşayır

Təbrizin bir çox bölgələrində elektrik enerjisinin kəsilməsi halları çoxalıb.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Elektrik enerjisində kəsintilərin olması səbəbindən Təbriz hava limanının fəaliyyətində problemlər yaranıb, Təbriz-İstanbul uçuşu bir saat gecikib.

Bununla yanaşı, avqustun 23-ü gecə saatlarından başlayaraq bir neçə bölgədə, o cümlədən, on minlərlə ailənin məskunlaşdığı Əndişə şəhərciyinə elektrik enerjisinin verilişi dayandırılıb.

Qeyd edək ki, Təbrizin əksər bölgələrində 3 həftədən uzun müddətdir içməli suyun verilişində də problemlər yaşanır.

Teqlər: