Təbii sərvətlərimiz talanır, erməni hərbçilər isə… – Nazir

Təbii sərvətlərimiz talanır, erməni hərbçilər isə… – Nazir

Azərbaycan üçtərəfli bəyanata tam əməl edir.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN-in başçısı Sergey Lavrov ilə Moskvada keçirilən danışıqların yekunlarına dair brifinqdə bildirib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi Laçın dəhlizində Qarabağda yaşayan vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etməyi öz üzərinə götürüb və bu nəqliyyat vasitələri oradan maneəsiz keçib, indi də keçir.

Azərbaycanın üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi ilə bağlı bir neçə məsələ qaldırdığını diqqətə çatdıran C.Bayramov deyib: “Onlardan biri təbii sərvətlərin talanması, digər isə Ermənistan hərbçilərinin Azərbaycan ərazisində olmasıdır ki, bu da üçtərəfli Bəyanata ziddir”.

Azərbaycanın qaldırdığı digər məsələ minalarla bağlıdır. Nazir bu ilin avqustundan Qarabağda 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728mina aşkar edildiyini xatırladaraq əlavə edib ki, Laçın dəhlizinin yeganə yol olduğu nəzərə alınarsa, bu minaların həmin yol vasitəsilə gətirildiyinə şübhə yoxdur.

Nazir, həmçinin “məqsədi məlum olmayan, şübhəli keçmişi olan” şəxslərin də əraziyə gəlməsi faktlarının aşkar edildiyini bildirib.

Teqlər: