TƏBİB-dən “pasport satan” tibb bacısı ilə bağlı açıqlama

TƏBİB-dən “pasport satan” tibb bacısı ilə bağlı açıqlama

Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-in rəhbərliyi tərəfindən araşdırma aparılıb, yazıda adı hallanan Naidə Cavadovanın, poliklinikada vaksinasiya prosesinə cavabdeh olan həkim və tibb bacılarının izahatları alınıb.

Bu sözləri AzerTimes-ın sorğusuna cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova Binəqədi rayonu 35 saylı poliklinikada çalışan tibb bacısının COVİD pasportu satması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Naidə Cavadova poliklinikada müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində çalışır və müəssisədə həyata keçirilən vaksinasiya prosesinə cəlb olunmayıb:

“N.Cavadovanın dediyinə görə, qeyd olunan hallar şər-böhtan xarakteri daşıyır. Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparılır. Bir məsələni də qeyd edək ki, həmin mesajlara diqqət yetirilsə, aydın olar ki, yazışma yeni deyil, 2021-ci ilə aiddir”.

Teqlər: