TƏBİB-dən omikronun yeni ştammı ilə bağlı açıqlama

TƏBİB-dən omikronun yeni ştammı ilə bağlı açıqlama

Elmi araşdırmalarda, məqalələrdə omikronun yeni variantının aşkarlanması barədə məlumatlara rast gəlinir. Amma bunun təhlükəli olması ilə bağlı hər hansı fakt yoxdur.

Bu barədə AzerTimes-a TƏBİB-dən bildirilib.

“Virusun yeni variantlarının ortaya çıxması mümkündür. Bununla belə, onun kliniki ağırlaşmalara səbəb olma ehtimalı çox zəifdir. Başqa sözlə, yeni variantlar qeydə alınsa da, o, adi kəskin respirator infeksiyası kimi idarə olunacaq”, – məlumatda bildirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada koronavirusun EG.5 omikron ştammının sürətlə yayılmağa başladığını bildirib.

Teqlər: