Sumqayıtda teatr direktorunun avtomobilini qarət edən şəxs
saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə martın 26-da saat 18
radələrində S.Vurğun küçəsində Füzuli rayon Dövlət Dram Teatrına
məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə
içərisində 1500 manat pul, sənədlər və bank kartı olan çantanın
oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər
sakini, əvvəllər məhkum olunmuş G.Əsədov müəyyən edilərək
saxlanılıb.
Araşdırma aparılır.