Azərbaycan buğda idxalını dörd dəfədən çox artırıb

Azərbaycan 2022-ci ilin yanvarında buğda idxalını ötən ilin eyni
dövrü ilə müqayisədə 4,2 dəfə artırıb.

Trend bu barədə
Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat
verir.

Qeyd olunur ki, hesabat dövründə 93,7 min tondan çox buğda idxal
edib.

Yanvar ayında ölkəyə idxal olunan buğdanın dəyəri 32,475 milyon
dollar təşkil edib ki, bu da 2021-ci ilin yanvarı ilə müqayisədə
4,5 dəfə çox olub.

Hesabatda qeyd olunur ki, buğdanın 50,1 faizi Qazaxıstandan,
49,9 faizi isə Rusiyadan idxal olunub. Ötən ilin yanvarı ilə
müqayisədə Rusiyadan idxal 37,1 faiz azalıb, Qazaxıstanın isə payı
müvafiq olaraq 37 faiz artıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: