“TeamViewer” Rusiyada fəaliyyətini dayandırıb

Uzaqdan giriş, uzaqdan idarəetmə və texniki xidmət
proqramlarının tərtibatçısı olan Alman şirkəti “TeamViewer”
Ukraynadakı hadisələrlə əlaqədar Rusiya və Belarusiyadakı
fəaliyyətini tamamilə dayandırır.

Trend x\b\r verir ki, bu barədə şirkətin açıqlamasında
deyilir.

“Biz Rusiya və Belarusda qalan bütün biznes fəaliyyətini
tamamilə dayandırmaq qərarına gəldik”, – deyə açıqlamada
bildirilir.

“Biz nəinki bütün beynəlxalq sanksiyalara əməl edirik və hər
hansı yeni əməliyyatları dərhal dayandırırıq, həm də Rusiya və ya
Belarusdan olan müştərilərlə müqavilələrimizi bir daha
yeniləməyəcəyik. Sanksiyalardan təsirlənməyən və məhsulların
qeyri-qanuni istifadəsini təşkil etməyən cari abunəliklər
müqavilələrin sonuna qədər etibarlı olacaq”, deyə şirkətdən əlavə
ediblər.