TDT ölkələri bu tarixdə İstanbulda toplanır

TDT ölkələri bu tarixdə İstanbulda toplanır

Bu il sentyabrın 13-14-də İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Multimodal Daşımalar və Logistika Forumu keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə TDT-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirin məqsədi Orta və Cənub dəhlizləri vasitəsilə multimodal daşımaların marşrutlarının inkişafına xüsusi diqqət yetirməklə tərəfdaşlıq əlaqələrinin inkişafı və qlobal təchizat zəncirlərinin davamlılığına kömək etməkdir.

İştirakçılar investisiya imkanları və maliyyələşdirmə modelləri də daxil olmaqla infrastrukturun inkişafı, modernləşdirmə və potensialın artırılması strategiyalarını müzakirə edəcəklər.

Teqlər: