Türk Dövlətləri Təşkilatının Baş Katibliyi Laçın şəhərinin, Zabuh və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayan bəyanat yayıb.
AzerTimes xəbər verir ki, bəyanatda təşkilatın Baş Katibliyi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının icra prosesinin davamı kimi Laçın şəhərinin, Zabuh və Sus kəndlərinin Azərbaycana qaytarılmasını alqışlayıb.
“Türk Dövlətləri Təşkilatı qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini və sadiqliyini bir daha bəyan edir və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduğunu bildirir.
Türk Dövlətləri Təşkilatı diplomatik səylərin vacibliyini vurğulayır və Cənubi Qafqazda sülh və sabitliyə, məcburi köçkünlərin azad edilmiş ərazilərə qaytarılması işinə xidmət edəcək Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir”, – bəyanatda əlavə olunur.