Avropada enerji qiymətləri rekord həddə: iclas çağırılır

Avropada enerji qiymətləri rekord həddə: iclas çağırılır

Avropada elektrik enerjisinin baza qiyməti MVt/saat üçün 800 avronu keçib. Bu, keçən illə müqayisədə təxminən on dəfə çoxdur.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Rusiya qış mövsümü ərəfəsində təbii qaz tədarükünü məhdudlaşdırdığına görə, elektrik enerjisinin qiymətləri demək olar ki, hər gün rekordu təzələyir. Enerji qiymətlərinin görünməmiş artımı isə inflyasiyanı sürətləndirir və bütün Avropada ev təsərrüfatlarının və bizneslərin maliyyəsini təhdid edir.

Belə ki, hazırda Almaniyada elektrik enerjisinin qiymətləri ötən illə müqayisədə Avropa Enerji Birjası AG-də bu həftə 64% artaraq 920 avroya, Fransada qiymət 19% artaraq 1075 avroya, Skandinaviya ölkələrində isə 11% artaraq MVt/saat üçün rekord həddə – 277 avroya çatıb.

Qeyd edək ki, Avropa Birliyi elektrik enerjisinin qiymətinin artması ilə bağlı blok miqyasında qərarların müzakirəsi üçün enerji nazirlərinin fövqəladə iclasını çağırmaq qərarına gəlib.

Teqlər: