“TCG Anadolu”ya bir neçə ölkədən tələbat var – Varank

“TCG Anadolu”ya bir neçə ölkədən tələbat var – Varank

Türkiyənin yerli “TCG Anadolu” aviadaşıyıcısına digər ölkələrdən də tələbat var.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

“Siz bu aviadaşıyıcını Liviya sahillərinə apardığınız zaman qurudan dəstək gəlməsini gözləmədən istədiyiniz əməliyyatı həyata keçirə bilərsiniz. Onun üzərindəki radarlar və sensorlar milli səviyyədə hazırlanıb. Artıq bir neçə ölkələrdən də “TCG Anadolu”ya tələbat var. Bu səbəbdən Türkiyənin önü çox açıqdır”, – nazir bildirib.

Teqlər: