Tayvanın müstəqilliyini tanımırıq – ABŞ

Tayvanın müstəqilliyini tanımırıq – ABŞ

ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir. Ancaq adaya öz təhlükəsizlik maraqlarını qorumaq məqsədilə kömək etməyə davam edəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Tayvana münasibətimiz heç dəyişməyib. Biz Tayvanın müstəqilliyini tanımırıq və Vahid Çin siyasətinə əməl edirik”, – o bildirib.

Teqlər: