Tayvanda 4,5 bal gücündə zəlzələ olub

Tayvanın şərqində 4,5 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Çin adasının Seysmoloji xidməti bildiib.

Məlumata əsasən, yeraltı təkanların episentri sahil zolağında Hualyan şəhərindən 17,1 kilometr məsafədə olub. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.


Ölənlər və dağıntılar barədə məlumat verilməyib.