Tayvan sahillərində 4,7 bal gücündə zəlzələ baş verib

Tayvanın şərq sahillərində 4,7 bal gücündə zəlzələ baş
verib.

Trend xəbər
verir ki, bu barədə adanın seysmoloji sidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Taydun şəhərindən 70 km
şimal-şərqdə, ocağı isə 29,4 km dərinlikdə yerləşib. Yeraltı
təkanlar Hualien, Taydun və Zhanghua əyalətlərində hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.

23 milyondan çox əhalisi olan Tayvan Sakit Okeanda iki tektonik
plitə – Filippin və Avrasiya plitələrinin qovşağında yerləşir.
Adanın şərq hissəsi Asiyanın seysmik cəhətdən ən təhlükəli
zonalarından biri hesab olunur.