Çin Xalq Azadlıq Ordusunun 22 təyyarəsi cümə axşamı Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə Tayvan MN məlumat yayıb.
Bildirilib ki, Çin səkkiz J-11 qırıcısı, iki J-16 və 12 Su-30 göndərib.
Tayvan isə vəziyyəti izləmək üçün hava patrulu təyyarəsini göndərib və zenit-raket sistemlərini hazır vəziyyətə gətirib.
Qeyd edə ki, Çinin Tayvan ətrafında genişmiqyaslı təlimi cümə axşamı start götürüb.