Tayvan HMS-ləri hazır vəziyyətə gətirdi: Çin qırıcıları…

Tayvan HMS-ləri hazır vəziyyətə gətirdi: Çin qırıcıları…

Çin Xalq Azadlıq Ordusunun 22 təyyarəsi cümə axşamı Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə Tayvan MN məlumat yayıb.

Bildirilib ki, Çin səkkiz J-11 qırıcısı, iki J-16 və 12 Su-30 göndərib.

Tayvan isə vəziyyəti izləmək üçün hava patrulu təyyarəsini göndərib və zenit-raket sistemlərini hazır vəziyyətə gətirib.

Qeyd edə ki, Çinin Tayvan ətrafında genişmiqyaslı təlimi cümə axşamı start götürüb.

Teqlər: