Taxıl sazişi 120 gün uzadılır? – Akar açıqladı

Taxıl sazişi 120 gün uzadılır? – Akar açıqladı

Türkiyə taxıl sazişini 120 gün uzatmaq üçün danışıqlar aparır.

AzerTimes xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar məlumat verib.

“Biz müqavilənin orijinal versiyasına uyğun olaraq danışıqlara başladıq. Müqavilənin yenilənməsi vacibdir. Onun iki ay deyil, 120 gün uzadılması ilə bağlı əlaqələrimizi davam etdirəcəyik”, – nazir bildirib.

Qeyd edək ki, ötən gün Rusiya martın 18-də başa çatan sövdələşməni 60 gün uzatmağa razılaşıb.

Teqlər: