ABŞ-ın kəşfiyyatından xəbərdarıq – Narışkin

ABŞ-ın kəşfiyyatından xəbərdarıq – Narışkin

Rusiya ABŞ-ın Qara dənizdəki kəşfiyyat fəaliyyətinin məqsədlərini ətraflı bilir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Biz amerikalıların kəşfiyyat fəaliyyəti, texniki vasitələrdən istifadə ilə bağlı hansı məqsədləri olduğunu təfərrüatı ilə bilirik. Biz onları daha çox maraqlandıran obyektləri və əraziləri müəyyən etməyə çalışırıq”, – Narışkin bildirib.

Qeyd edək ki, dünən Rusiyaya məxsus Su-27 qırıcısının Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına çırpıldığı bildirilir. Nəticədə PUA dənizə düşüb.

Teqlər: