Tatarıstanda içərisində 30 nəfərin olduğu əyləncə gəmisi batıb.
AzerTimes xəbər verir ki, bu barədə Nəqliyyat üzrə Mərkəzi Rayonlararası İstintaq İdarəsi məlumat yayıb.
Bildirilib ki ki, hadisə Volqada Arakçino kəndi yaxınlığında baş verib.
Sərnişinlərin köməyə gələn qayıqlar vasitəsilə dərhal xilas edildiyi qeyd edilir.
Hadisənin səbəbləri hələlik ekspertlər tərəfindən müəyyən edilməyib. Cinayət işinin başlanması məsələsi həll olunur.