ABŞ Gürcüstanı şübhəli ölkə elan etdi

ABŞ Gürcüstanı şübhəli ölkə elan etdi

Hakim “Gürcü Arzusu” partiyası və Gürcüstan hökuməti şübhəli ölkələr siyahısına daxil edilib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsi xəbərdarlıq bəyanatı yayıb.

Sənəddə qeyd edilib ki, Gürcüstan şübhəli dəhlizlərin siyahısındadır. Bəyanata görə, Rusiyaya və Belarusa sanksiya tətbiq edilən məhsullar Gürcüstandan keçirilir.

Bundan başqa ABŞ tərəfi sözügedən məsələ ilə bağlı Ermənistan, Türkiyə və Qazaxıstanın adını da siyahıya əlavə edib.

Qeyd edək ki, qalmaqallı məlumatlara Gürcüstan hökuməti hələ cavab verməyib.

Teqlər: