Tatarıstanda daha bir məktəb təxliyə olundu – Partlayış təhdidi

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada, Tatarıstanın Kazan şəhərində orta məktəblərin birində 340 nəfər təxliyə olunub.

AzerTimes-ın məlumatına görə, təxliyə partlayış təhdidi ilə əlaqədar həyata keçirilib.

Qeyd olunur ki, şagirdlərdən biri dərsə elektron siqaretlə gəlib. Müəllim siqareti onun əlindən alandan sonra, şagird hədələr səsləndirərək məktəbi partladacağını deyib.

Bununla əlaqədar məktəbdən 300 şagird və 40 əməkdaş çıxarılıb.


Məktəbdə axtarış aparılıb, təhlükəli maddə aşkar edilməyib.

Həmin şagirdin psxioloji qeydiyyatda olduğu deyilir.

Xatırladaq ki, mayın əvvəlində Kazanda məktəblərin birində atışma baş vermiş, 9 nəfər həlak olmuşdu.