Tatarıstan Paşayevanı təltif etdi

Tatarıstan Paşayevanı təltif etdi

Tatarıstan Dövlət Şurasının başqanı Fərid Məhəmmədşin Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanı təltif edib.

AzerTimes xəbər verir ki, Tatarıstan Respublikası Dövlət Şurası başqanının “Təşəkkürnaməsi”ni və Dövlət Şurasının nişanını Şuranın üzvü, Tatarıstan Yazıçılar Birliyinin başqanı, xalq şairi Rkail Zəydulla Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyində keçirilən tədbirdə Q.Paşayevaya təqdim edib.

Q.Paşayevaya həmçinin Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı daimi nümayəndəsi Murad Qadılşin tərəfindən “Təşəkkürnamə” verilib.

Qeyd edək ki, Q.Paşayeva tatar ədiblərinin azərbaycanca dərc edilən müxtəlif kitablarının məsləhətçisi və müvafiq səfərlərin, təqdimat mərasimlərinin dəstəkçisi olub.

Teqlər: