Tarix müəllimi işlədiyi kollecə direktor təyin edildi

Tarix müəllimi işlədiyi kollecə direktor təyin edildi

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov kollecin direktoru vəzifəsinə təyin edilib.

Bu barədə AzerTimes-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni direktorla görüş keçirilib və görüşdə kollecdə baş verən neqativ hallar, mövcud olan nöqsanlar barədə onunla müzakirələr aparılıb.

Tədrisin şəffaf, obyektiv və keyfiyyət prinsipləri əsasında təşkili kimi məsələlər kollec rəhbərinin qarşısına ciddi tələb olaraq qoyulub.

Teqlər: