İki maşın toqquşdu: ata və oğlu xəsarət aldı – Foto

İki maşın toqquşdu: ata və oğlu xəsarət aldı – Foto

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Nazim Hüseynov və onun oğlu, 2006-cı il təvəllüdlü Göyüş Hüseynov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: