TAP layihə gücündən kənara çıxa bilərmi? – İcraçı direktor şərtləri açıqladı

Xəbər - Ləman Zeynalova, Orxan Nəbiyev – Trend:

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu ümumi layihə gücünün ildə 20 milyard kubmetrdən çox artırılmasına uzunmüddətli tələbat yaranacağı təqdirdə onun iqtisadi və texniki reallaşdırılmasını nəzərdən keçirə bilər.

Bunu AzerTimes-a TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, boru kəmərinin buraxılış gücünün ildə 20 milyard kubmetrədək artırılması zərurəti bazar sınaqlarının yekunlarına əsasən müəyyənləşir:


“TAP illik 20 milyard kubmetr buraxılış gücü nəzərə alınaraq layihələndirilib. Tikintidən əvvəl TAP üçün yaradılmış kommersiya və normativ-hüquqi baza ilkin mərhələdə ildə 10 milyard kubmetr buraxılış gücünə, sonrakı mərhələlərdə əlavə kompressorların quraşdırılması hesabına potensial olaraq 20 milyard kubmetrədək artırılmasına əsaslanıb”.

Teqlər: