Tanzaniyada sərnişin təyyarəsi qəzaya uğradı

Tanzaniyada sərnişin təyyarəsi qəzaya uğradı

Tanzaniyada hava limanına enməyə çalışan “Precision Air” hava yollarına məxsus sərnişin təyyarəsi Viktoriya gölünə düşüb.

AzerTimes xəbər verir ki, bu barədə TBC məlumat yayıb.

Hadisə yerinə göndərilən xilasedicilər 15 sərnişini xilas edə biliblər.

Məlumata görə, paytaxt Dar-əs-Salamdan qalxan təyyarə güclü yağış və fırtına səbəbindən Viktoriya gölünə düşüb.

Təyyarədə nə qədər sərnişinin olduğu barədə məlumat verilməyib.

Teqlər: