Tanzaniyanın şərqində avtobusun və yük maşınının toqquşması
nəticəsində azı 22 nəfər həlak olub.
Trend xəbər verir ki, The Citizen nəşrinin yerli polis rəisinə
istinadla yaydığı məlumata görə, yol nəqliyyat hadisəsi martın
18-də axşam saatlarında baş verib. Qəzada 22 nəfər ölüb, daha 32
nəfər yaralanıb.
İlkin nəticələrə əsasən, toqquşmaya yük avtomobili sürücüsünün
idarətməni itirmiş motosikleti vurmaqdan yayınmağa uğursuz cəhdi
səbəb olub. Avtobus Tanzaniyanın iqtisadi paytaxtı Dar-əs-Salamdan
Konqo Demokratik Respublikasına gedirmiş.
Tanzaniya prezidenti Samia Suluhu Hasan həlak olanların
ailələrinə və yaxınlarına sosial şəbəkə vasitəsilə başsağlığı
verib.
Hadisə ilə bağlı təhqiqat aparılır.